“Avşarlar İnşaat” MMC 2 iyun 2023-cü il tarixində fəaliyyətə başlamış və qısa müddətdə tikinti sektorunda etibarlı tərəfdaş statusu qazanmışdır. Şirkətin fəaliyyət istiqamətlərinə tikinti və xüsusilə karxana materiallarının satışı, həmçinin Azərbaycan Respublikasının bütün regionlarına çatdırılma daxil olmaqla nəqliyyat xidmətlərinin göstərilməsi aiddir.
Müəssisə peşəkar heyət və müasir texniki təchizat sayəsində istənilən həcmdə sifarişi operativ və yüksək keyfiyyətlə icra etmək imkanına malikdir. Fəaliyyət dövründə bir çox irihəcmli layihələrin həyata keçirilməsində əsas material təchizatçısı qismində çıxış etmişdir. Şirkət xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və yenidənqurma proseslərində iştirak edən aparıcı podratçıların etibarlı tərəfdaşı olmuşdur.





