Tövsiyə məktubu
Bildiririk ki, “Avşarlar İnşaat” MMC tərəfindən Ağdam rayonunun Xıdırlı k...
Bloqlar
02 yan 2024
Bildiririk ki, “Avşarlar İnşaat” MMC tərəfindən Ağdam rayonunun Xıdırlı k...
02 yan 2024
Bildiririk ki, “Silo Construction” MMC tərəfindən Ağcabədi rayonu, Salmanbəyl...
Haqqımızda
“Avşarlar İnşaat” MMC 02 iyun 2023-cü ildə fəaliyyətə başlamış və qısa zamanda tikinti sektorunda etibarlı tərəfdaş kimi tanınmışdır. Şirkətimiz Azərbaycan Respublikasının bütün regionlarına çatdırılma daxil olmaqla, tikinti və xüsusilə karxana materiallarının satışı, həmçinin nəqliyyat xidmətlərinin göstərilməsi ilə məşğuldur.
Peşəkar komanda və müasir texnika sayəsində istənilən həcmdə sifarişi operativ və yüksək keyfiyyətlə icra edirik. Fəaliyyətimiz dövründə bir çox böyük layihələrin həyata keçirilməsində əsas material təchizatçısı kimi çıxış etmişik. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və yenidənqurma proseslərində iştirak edən aparıcı şirkətlərin etibarlı tərəfdaşı olmuşuq.
Bu çərçivədə:
Ağdam rayonunun Xıdırlı kəndinin tikintisində “TVM İnşaat” MMC-nin,
Ağdam rayonunun Sarıcalı kəndinin tikintisində “6-cı Mərtəbə” şirkətinin,
Zəngilan rayonunun Cahangirbəyli kəndinin tikintisində “Hünər İnşaat” şirkətinin
əsas material təchizatçısı kimi fəaliyyət göstərmişik.
Bundan əlavə, Təhsil Nazirliyinin ölkə üzrə məktəblərdə həyata keçirdiyi təmir və yenidənqurma layihələrində “RRM Təmir Tikinti” QSC və “Mühəndislik Tikinti Təchizat” QSC kimi şirkətlərin ən böyük təchizatçılarından biri qismində çıxış etmişik.
Şirkətimizin əsas məqsədi — ölkənin bütün bölgələrində tikinti materiallarının əlçatanlığını artırmaq, müştərilərimizə etibarlı, stabil və keyfiyyətli xidmət təqdim etməkdir.