Tövsiyə məktubu
Bildiririk ki, “Avşarlar İnşaat” MMC tərəfindən Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə subpodrat xidmətlərinin icrası çərçivəsində əməkdaşlığımızın nəticəsi olaraq, şirkətin göstərdiyi xidmətlərin keyfiyyətindən tam məmnun qalmışıq.
Şirkətin yüksək xidmət mədəniyyətinə önəm verməsi və müqavilə öhdəliklərini vaxtında və dəqiq şəkildə yerinə yetirməsi qarşılıqlı münasibətlərin uzunmüddətli davam etdirilməsi üçün əlverişli şərait yaratmışdır.
“TVM İnşaat” MMC-nin rəhbərliyi adından, “Avşarlar İnşaat” MMC-nin rəhbərliyinə səmərəli və dəyərli əməkdaşlığa görə təşəkkürümüzü bildiririk.